#samux

769 posts

TOP POSTS

Balıq ovu elmdir :) #Kürçayı #Azerbaycan #Samux #balıkavı

Gozel Menzere gözel diyar #samux

Frenchy friendship 💕😘 #frenchdoitbetter #samux #linux #lavieenrose

Damat - kayınbaba gezmeler 🇦🇿 Burda sakin araba sürene deli gibi bakıyorlar ☠😱#gence #samux #azerbaycan

Müqəddəs bacanaq və yaxud bajanax
#Gəncə #Ganja #Samux #Azərbaycan #Azerbaijan

Axwaminiz xeyir eziz dostlar.Bu gunki cutluyumuz Senan ❤ Vefa xowbext olun.Daima sevin sevilin🙏💑 #henna #xina #xinaparty🎉 #gence #samux

Herkesin torpaq cerwenbeniz mubarek #a #samux #semkir #instagram #f

MOST RECENT

#Azərbaycan #Respublika'sının Prezidenti İlham Əliyev #avqust'un 20-də “#Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin #Şəmkir filialının açılışında iştirak edib.

Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-#təsərrüfat işçisi çalışacaq. #Bina #toxuculuq #emalatxana'sı, #rəssam otağı, #anbar, #yeməkxana, #tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və #Gəncə, Şəmkir, #Samux, #Daşkəsən, #Göygöl, #Gədəbəy, #Goranboy rayonlarının kəndlərində toxunan orijinal #Gəncəbasar #xalça çeşnilərinə üstünlük veriləcək. “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

#Azərbaycan #Respublika'sının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “#Gədəbəy” #elektrik #yarımstansiya'sının açılışında iştirak edib.

#Gəncə, #Şəmkir, #Göygöl, #Samux, #Daşkəsən, Gədəbəy, #Ağstafa, #Tovuz, #Qazax elektrik şəbəkələrinin birləşdiyi “#Azərişıq” ASC-nin #Qərb #Regional #Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 #qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək “Azərişıq” ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Azərtac

#Rəsmi 20.08.2017

#Avqust'un 19-da #AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyevin #Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “#Yenikənd” #yarımstansiya'sı istifadəyə verilib.
#Azərişıq” ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.
Samux rayonunda 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.
Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub./AzərTac

#Rəsmi

#Avqust'un 19-da #AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev #Samux #Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.

Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin #hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə #enerji təchizatını təmin edən ilk eksperimental poliqondur və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin #enerji təminatı üçün geniş #şərait yaradacaq.
Prezident İlham Əliyev #kompleks'in istifadəyə verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.

#Rəsmi
#Avqust'un 19-da #HeydərƏliyev Fondunun təşəbbüsü ilə #Samux'da inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.
#AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev açılışda iştirak edib.

#Rəsmi

#AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev avqustun 19-da #Samux-#Füzuli-#Lək-#Əlibayramlı-#Qarabağlar-#Çobanabdallı-#Samux avtomobil yolunun açılışında iştirak edib.
#Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə #avtobus dayanacağı quraşdırılıb.
Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

#Rəsmi

#Avqust'un 19-da #AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev #Şəmkir-#Samux-#Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Hazırda dünyada #ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - #Taxtakörpü#Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.
Bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr su yığılan bu anbardan Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətləri çəkilir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, “Şəmkir çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb./AzərTac

#Rəsmi
#AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev #avqust'un 19-da #Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.
Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir. “#Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi #Gəncə şəhərinin #şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, #Şəmkir, #Tovuz, #Qazax, #Gürcüstan ilə #dövlətsərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək./azərtac

#AzərbaycanRespublikası'nın Prezidenti İlham Əliyev avqustun 19-da #Samux rayonuna səfərə gəlib.
#Dövlət'imizin başçısı xalqımızın ümummilli lideri #HeydərƏliyev'in Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi./azərtac

Most Popular Instagram Hashtags