#riib

238 posts

TOP POSTS

Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Yevlax şəhərində toplantısı keçirilib.
İclasda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr, həmçinin Fondun yeni yaradılan İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib.
Anar Ələkbərov bildirib ki, Fond ilkin mərhələdə 2016-2017-ci illər üzrə regionlarda fəaliyyətini genişləndirəcək. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər gördüyünü deyən Anar Ələkbərov hamını, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştirak etməyə, təkliflər verməyə dəvət edib. Çünki məhz bu təkliflər hər hansı bir layihənin icrasına təkan verə bilər. Daxil olan müraciətlər üzrə artıq elektron baza yaradıldığı və onun icrası ilə bağlı məsələlərin daim nəzarətdə saxlanıldığı qeyd edilib. Anar Ələkbərov deyib ki, İctimai Birlik əsasən əhalini kollektiv formada narahat edən problemlərin həllinə çalışır, yəni şəxsi deyil, ümumilikdə region, rayon, kənd əhalisini narahat edən məsələlərin həllinə yönələn tədbirlər həyata keçirir. #RIIB #yevlax

"Region Gənclərinin Əməkdaşlığı Forumu"
Çıxış falan eləmədik, sadəcə aktyorluq edib xatirə şəkili çəkdirdik) Abi hər şey biryana bu qədər əla gənclərlə birlikdə qalmaq, eyni süfrəni bölüşmək nəyə desən dəyər) Bütün bunlara görə təşəkkürlər İRƏLİ.
#AzGF #ireli2016 #Gence2016 #Riib

Начатая нами программа «Социальный работник» является составной частью государственной программы, связанной с развитием регионов. Эту программу мы осуществляем совместно с общественным объединением «Региональное развитие», созданным по инициативе Первого вице-президента Азербайджана, президента Фонда Гейдара Алиева Мехрибан ханум Алиевой. К реализации этой программы мы приступили в декабре прошлого года, и сейчас она охватывает два района республики – Билясувар и Джалилабад.
Читать полностью тут 👉🏿 1news.az/society/20170517032852782.html

#uafa #SocialWorker #riib

#Rensta #Repost: @regionalinkishaf via @renstapp ···
“ Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunda təlim keçirilib
Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində növbəti təlim keçirilib. Region gənclərinin iştirakı ilə keçirilən təlim “Azərbaycan milli musiqi alətləri: tarix və müasirlik” mövzusunu əhatə edib. İştirakçılara Azərbaycan xalq çalğı alətləri arasında xüsusi yeri olan zərb alətləri, o cümlədən nağara aləti barədə məlumat verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının müəllimi Təhmasib Məmmədov ritm haqqında, nağara alətinin yaranma tarixi, bu qədim zərb alətinin orkestrdə rolu, solo ifası və ölkəmizin tanınmış nağara ifaçıları barədə mühazirə ilə çıxış edib.
Təlim zamanı praktik məşğələ də təşkil olunub. Mühazirəçi Təhmasib Məmmədov tələbələrin nağarada müşayiəti ilə bir sıra elementlər nümayiş etdirib. Həmçinin region musiqi məktəblərinin şagirdləri nağara alətində ifalarını nümayış etdirərək müvafiq praktik tövsiyələr alıblar.
Qeyd olunub ki, bu qədim zərb aləti üçün yazılan notlar musiqiçilərə nağarada xalq mahnıları ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, həmçinin rus və Avropa klassiklərinin əsərlərini ifa etməyə imkan yaradır.
Bu silsilədən təşkil olunan təlimlər milli musiqi alətlərinin tarixinin öyrənilməsinə, o cümlədən gənclərin bilik və bacarıqlarının artırılmasına, istedadlı gənclərə dəstək göstərilməsinə yönəlib.
Qeyd edək ki, Masallıda fəaliyyət göstərən Heydər Əliyev İncəsənət Məktəbində RİİB və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə mütəmadi olaraq müxtəlif mövzularda təlim və seminarlar keçirilir. Bu günədək region gənclərinin iştirakı ilə teatr, rəngkarlıq, fotoqrafiya mövzularında seminar və praktik məşğələlər təşkil olunub.
#regionalinkishaf #riib #azərbaycan #heydərəliyevmərkəzi #asanhəyat #incəsənət #mədəniyyət #musiqi

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıb. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.
Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların movcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.
Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.
#HeydərƏliyevFondu #Azərbaycan #Şəki #region #riib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 165 mindən çox aztəminatlı ailəyə bayram sovqatları verilir
#heydaraliyevfoundation #heydaraliyevfoundatiofficial #regionalinkishaf #riib #azerbaijan

MOST RECENT

RİİB Vətndaş cəmiyyətinə xidmət edən ən yaxşı təşkilatdır.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə 12-15 iyul tarixlərində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə, müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.
Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçib.
Müayinə olunanlardan 7-i Səyyar Klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub. RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.
#riib #regionalinkishaf #heydərəliyevfondu #azərbaycan #imişli #region #aztagram

İyulun 3-dən 7-dək Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası Beyləqan və Ağcabədi rayonlarında onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinələr təşkil edib. “Erkən müayinə, Sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin başçılıq etdiyi 14 nəfərlik həkim briqadası aparıb.
RİİB nümayəndələri və könüllüləri Beyləqan və Ağcabədi rayonları, o cümlədən Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tibbi müayinələrə ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onların layihədə iştirakını təşkil ediblər. Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, abdominal onkoloji, döşqəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrdən keçib.
Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin, Ağcabədi Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.
Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.
Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.
Tibbi müayinələrin respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Onların təhlili nəticəsində RİİB mütəmadi olaraq regionlarda səhiyyə ilə bağlı müxtəlif layihələr, o cümlədən pulsuz tibbi müayinələr təşkil edir.
#regionalinkishaf #riib #heydaraliyevfoundation #region #Azerbaijan #aztagram

Pre-Order!🚨 Get your hands on a signed copy of RIIB 's new single 'Conveyor Belt'. Due for release 14th July.

We're signing a bunch of copies of our vinyl split with RIIB. OUT JULY 14th Y'ALL! Git choor signed preorders through the link in our bio! #signedvinyl #sharpie #sharpielife #giflab #loop #riib #comeplaywithme #independentmusic #singlerelease #alternativerock #powerchords

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıb. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.
Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların movcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.
Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.
#HeydərƏliyevFondu #Azərbaycan #Şəki #region #riib

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb.
RİİB nümayəndələri Tərtərin Seydimli və Sarıcalı, Bərdə rayonunun Yeni Daşkənd, Goranboy rayonunun Rəhimli kəndlərində, Ağdam rayonunun Quzanlı, Ağcabədi rayonunun Hindarx qəsəbələrində sakinlərlə və ictimai birliyə qoşulan yeni könüllülərlə görüşüblər, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə inşa olunan Yuxarı Sarıcalı kənd tam orta məktəbində, eləcə də Tərtər rayon uşaq musiqi məktəbində olub, təhsil müəssisələrinin hazırkı durumu və ehtiyacları ilə maraqlanıblar.
Daha ətraflı məlumat facebook səhifəmizdə ✔ https://www.facebook.com/regionalinkishaf/
#regionalinkishaf #riib #Azərbaycan #HeydərƏliyevFondu #region #regionalmərkəz #aztagram

Absolutely loved playing our first gig last night. Massive thanks to @scruffoftheneck for having us! Was so nice to play with @lowislandmusic and Riib! ❤️

Most Popular Instagram Hashtags