#invazivkardioloq

MOST RECENT

#Ürək toxumalarının hüceyrələrarası boşluğunda amiloidin #patoloji yığılma prosesinə #ürəkamiloidozu və ya #amiloidkardiopatiyası deyilir. #Amiloid metabolizmanın pozulması səbəbilə əmələ gəlir və proteinlərin polisaxaridlərlə birləşməsindən ibarətdir. Bu #protein-saxarid komplekslərin ürək əzələsində, perikardda, endokardda, #aorta divarlarında, #koronar damarlarda yığılması miokardın hipertrofiyasına, ürəyin normal yığılmasının və hemodinamikasının pozulmasına, qapaqcıq qüsurlara, #hipotoniya ( aşağı qan təzyiqi ) və aritmiyalara yol açır. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #koronarangioqrafiya #infarkt #sağlamürək #angio #angioqrafiya

Yeni iş həftəsinə başladıq... Hər birinizə enerji dolu, sağlam iş həftəsi diləyirəm, əziz dostlar...
#kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #infarkt #miokardinfarktı #ürək #sağlamürək #angioqrafiya

Bu pasientimiz(66 yaş, kişi) haqqında daha öncəki videomuzda məlumat vermişdik. Pasientimiz bizə #inferioMİ (#infartk) diaqnozu ilə müraciət etmişdi. İlkin #Angioqrafiya əsnasında #RCA damarında 100 % darlıq, #LAD damarında ciddi darlıq aşkarlandı və ilkin olaraq #RCA damarının proksimalına 1 stent qoyuldu. RCA damarının distalındakı darlıq nahiyyəsinə və LAD damarındakı 100 % darlıq üçün planlı angioplastika nəzərdə tutulmuşdur. Bu #angioplastika seansında RCA damarının diastalına və LAD damarına #stent ( hər birinə 1 stent) implantasiya olundu. #Pasient stasionarda 1 günlük müalicədən sonra evə buraxıldı. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #radial #anju #koronarangioqrafiya #ürək #ürəksağlığı #ürəkxəstəlikləri #ürəkağrısı

#Diastolikürəkçatışmazlığının müalicəsinin əsas məqsədi xəstəliyin səbəbini aşkarlamaq və müalicə etməkdir. Bununla birgə aşağıdakı problemləri aradan qaldırmaq lazımdır: - #arterialhipertoniya. #Diastolikdisfunksiya ilə birgə adətən özünü büruzə verməyən #hipertoniya mövcud olur. Ancaq xəstələrə təzyiqlərini nəzarət altında saxlamaq tövsiyə olunur. - #ürəyinişemikxəstəliyi. Müayinədə #işemik xəstəliyin olub olmamasını müəyyən etmək lazımdır, çünki diastolik ürək çatışmazlığının səbəblərindən biri bu xəstəlikdir. - #ürəkqulaqcığlarınınfibrilyasiyası. Sürətli #ürəkdöyüntüləri #ürək funksiyasının pisləşməsinin səbəbi ola bilər. Ürək ritmlərinin təqibi #diastolik ürək çatışmazlığının müalicəsində böyük rol oynayır. - #Şəkərlidiabet#artıqçəki. Qanda qlükozanın səviyyəsinin və çəkinin azalması xəstəliyin irəliləməsinin qarşısını ala bilər. - #Oturaqhəyattərzi. Adətən diastolik ürək çatışmazlığından əziyyət çəkən xəstələr #hərəkətsizhəyat yaşayır. #Aerobikfizikiməşğələlər ürəyin diastolik funksiyasına müsbət təsir göstərə bilər.
Qeyd etdiyimiz tədbirlərdən əlavə həkim xəstəliyin simptomlarını aradan qaldırmaq üçün dərman müalicəsi təyin edə bilər. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #infarkt

#Diastolikürəkçatışmazlığını ürəyin #USM (#exokardioqrafiya) ilə aşkarlamaq mümkündür. Bu müayinədə miokardın #diastola müddətində genişlənmə göstəricisini və sol mədəciyin divarlarının sərtliyini müəyyən etmək olar. #Exokardioqrafiyada bəzən #diastolikürək çatışmazlığın səbəbini müəyyən etmək mümkündür. Məsələn #EKQ-da : sol mədəciyin divarlarının qalınlaşması ilə #hipertonik#hipertrofikkardiomiopatiya xəstəliklərini; #aortastenozu; #restriktiv kardiomiopatiyaların bəzi növlərini aşkarlamaq olar. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #radial #angioqrafiya #ürək #ürəkxəstəlikləri #sağlamürək #infarkt

Araşdırmalara görə, Davamlı olaraq üzüm yemək qanda laxtalanma riskini azaltmaqla , ürəkdəki qan damarlarının zərər görməsinin qarşısını alır. #infarkt riski azalır.
Qan təzyiqinin tənzimlənməsinə kömək edir. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #üzümünfaydasi #ürək #ürəkxəstəlikləri

#Diastolikürəkçatışmazlığından əziyyət çəkən pasientlərdə simptomlar ürək çatışmazlığının başqa formaları ilə eynidir. Diastolik ürək çatışmazlığında ilk növbədə ciyərlərdə durğunluq əlamətləri: #təngnəfəslik, #öskürək, tezləşmiş nəfəsalma ortaya çıxır. Adətən bu rahatsızlıqdan əziyyət çəkən xəstələrdə bu #simptomlar qəflətən tutma şəklində özünü büruzə verir. #Ürək çatışmazlığının başqa formalarında olduğu kimi təngnəfəsliyin tədricən saatlar ərzində əmələ gəlməsindən fərqli olaraq #diastolikürəkçatışmazlığı bununla seçilir. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov

Hörmətli həmkarlarımız,
http://medproinfo.com/az/event/view/49

Sizi 11 -12 Sentyabr 2018 tarixləri arasında İsveçrənin Stokolm şəhərində keçiriləcək olan "Dünya Kardiologiya və Kardioloqlar Yığıncağı " - na dəvət edirik.

Kongreyə qatılmaq, kongre proqramı və daha ətraflı məlumat almaq üçün lütfən bizimlə əlaqə saxlayın:
Ən qısa zamanda Sizinlə əlaqə saxlayacayıq. Konqremizdə görüşmək ümidi ilə... Е-mail: info@medproinfo.com
Phone : +99455 444 63 13
Bütün konfrans və kursları daha ətraflı izləmək üçün saytımızın aşağıdakı linkinə daxil ola bilərsiniz:
http://medproinfo.com/az/event
#hekim #cerrahiyye #Kardiologiya #kardiocerrahiyye #invazivkardioloq

#Diastolikürəkçatışmazlığı zamanı - ürəyin sol mədəciyinin genişlənməsi və qanlanması prosesində funksional pozğunluq müşahidə olunur. Diastolik ürək çatışmazlığı miokardın hipertrofiya, fibroz və ya infiltrasiyasından irəli gəlir. Eyni zamanda Diastolik Ürək Çatışmazlığı Sol mədəcikdə sonuncu diastolik təzyiqin yüksəlməsinə və ürək çatışmazlığına yol açır. Ürəyin işemik xəstəliyi (miokard infarktı ilə və ya onsuz), hipertrofik kardiomiopatiya, #ürəkamiloidozu, #arterialhipertoniya, ürəyin qapaqcıq qüsurları, #şəkərlidiabet, konstriktiv #perikardit diastolik #ürəkçatışmazlığına yol açır. İki növ diastolik #ürəkçatışmazlığı mövcuddur: kəskin və xroniki #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov

Ürəklə bağlı bəzi xəstəliklər zamanı #EKQ#EXOKQ (rəngli #doppler #exokardioqrafiya ) kifayət etməyə bilər. Yəni yuxarəda qeyd etdiyimiz müayinələrdə problem görünmədiyi halda pasientin ürəklə bağlı xəstəliyi ola bilər. Bu xəstəliklər haqqında daha ətraflı gələcək paylaşımlarda sizə məlumat verməyi planlaşdırırıq. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #radial #angioqrafiya #ürək #urekagrısı #ürəksağlığı

Həftə sonunu ürəyiniz istədiyi şəkildə, cana faydalı keçirmənizi diləyirəm #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov

Pasientimiz (kişi, 66 yaş ) bizə sinədə göynəmə, ağrı şikayətləriylə , kəskin inferio Mİ (#infartk ) diaqnozu ilə müraciət etdi. #Angioqrafiya müayinəsi əsnasında RCA damarında 100% , LAD və CX damarlarında kritik darlıqlar aşkarlandı. RCA damarına birincili, LAD damaına planlı angioplastika məsləhət verildi, CX damarı incə olduğu üçün bu damara #stentimplantasiyası planlanmadı. Eyni seansda RCA damarına 1 #stent #implant olundu və pasient #stasionar müalicəyə yatırıldı. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #radial #angioqrafiya

#Ürək-damar xəstəliklərinin risk faktorları az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmamaqdır. #Ürək xəstəliklərinin müalicəsində pəhriz xüsusi rol oynayır. Hər pəhrizdə orqanizmə lazımi #vitamin və mikroelementlərin olması əsas aspektlərdən biridir.
B qrup vitaminləri ürək-damar xəstəliklərində əvəzolunmaz hesab edilir. B1 ürək əzələsinin yığılmalarını tənzimləyir; B6 #damarspazmalarını aradan qaldırır və ürəyə qanın çatdırılmasını normallaşdırır; #folturşusu və B12 damarlarda tıxanmanın qarşısını alır. Beta-karotin damarları möhkəmlədir. #Evitamini "pis" xolesterinin oksidləşməsinin və onun damar divarlarında yığılmasının qarşısını alır, antioksidantdır və trombozun əmələ gəlmə riskini azaldır. Ürək-damar sistemin normal funksiyası üçün #kalium, #kalsium, #maqnezium və s. kimi mikroelementlər vacibdir. Cücərmiş buğda toxumlarında bütün elementlərin optimal proporsiyalarda mövcud olması bu məhsulu çox faydalı edir. #Kətantoxumu, #baliqyağı, #dənizməhsulları #Omeqa3 yağ turşusunun mənbəyidir. Omeqa 3 damarları trombozdan qoruyur. #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #infarkt #angioqrafiya #radial

Məzuniyyət bitdi, Yeni iş həftəsinə başladıq. Növbəti Angioplastika #kardioloq #invazivkardioloq #invazivkardioloqmuxtarmuseyibov #angioqrafiya #radial #ürək #ürəksağlığı

#Ürək yetərincə qan pompalamırsa, bu zaman ayaq damarlarında yığılır və ayaqlarda şişkinliyə səbəb olur. #Ürəkçatışmazlığı xəstəliyində böyrəklərin funksiyası pozulur və #şişkinlik kimi özünü büruzə verir. #kardioloq #invazivkardioloq #radial #ürəkağrısı #ürəksağlığı #invazivkardioloqmuxtarmuseyibov

Most Popular Instagram Hashtags