#herbaflora

MOST RECENT

Arzuladığınız çəkiyə qovuşmağı ətirli və dadlı ZƏRİF FİTNESS çayı ilə mümkün edin! 😊 🔸️ Kişilər də istifadə edə bilər.

Tərkibi:
Zəncəfil, məkkəgülü çiçəyi, əməköməci otu, murdarça qabığı, zəncirotu, boymadərən otu, kassiya yarpağı, gicitkən yarpağı, təbii limon aromatı.

Təsiri:
✔️ Metabolizmi sürətləndirir
✔️ Mədə-bağırsaq sistemini təmizləyir
✔️ Qaraciyəri, limfatik sistemi təmizləyir
✔️ Yağların parçalanmasını sürətləndirir
✔️ Artıq çəkini azaldır 🔸️ Piylənmə, oturaq həyat tərzi, qəbizlik zamanı istifadə olunur. ➡️ Bir-iki filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gün ərzində 1-2 dəfə daxilə qəbul olunur.

#ZərifFitness #ZərifFitnessçayı #Zərifçayları #sağlamarıqlama #sağlamqidalanma #detoks #təbii #təbiiməhsullar #təbiiçay #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Tərxun haqqında nə bilirik?

Tərxun iştahanı artırır, həzmi yaxşılaşdırır, ondan alınan cövhər qan damarlarını möhkəmləndirir, diş qanaxmalarının qarşısını alır, yuxunu normalaşdırır, menstrual tsikli nizamlayır, müxtəlif iltihabi prosesləri azaltmağa kömək edir.

Onun vasitəsilə müxtəlif mənşəli tənəffüs orqanları xəstəliklərini – pnevmoniya, vərəm və bronxiti uğurla müalicə etmək mümkündür, eyni zamanda cinsi orqanların fəaliyyətini yaxşılaşdırır, impotensiyanı, mədə spazmı, əsəb gərginliyini, hidropsu (bədən boşluğuna su yığılma) aradan qaldırır.

Qida məqsədi ilə bitkinin yerüstü hissələrindən istifadə edilir. Tərxunun xoş tamı var. Tərkibində efir yağları olduğundan ondan təzə və qurudulmuş şəkildə məişətdə geniş istifadə edilir. Təzə və qurudulmuş yarpaqları ət və balıq xörəklərinə qatılır.

Tərxun indiyədək xalq təbabətində özünün müalicəvi əhəmiyyətini itirməmiş, ondan avitaminoz və xroniki mədə iltihabı (qastrit) xəstəliklərinin müalicəsində istifadə olunur.

RESEPTLƏR
✔️ Əsəb gərginliyi zamanı: 1 xörək qaşığı tərxun xammalı 1 stəkan suda dəmlənir və 1 saat saxladıqdan sonra gün ərzində 100 qr qəbul edilir. ✔️ Varikoz genişlənmə zamanı: 1 ovuc quru tərxun tozu 500 ml qatıqla qarışdırılaraq tənzifə hopdurulur və problemli nayihənin üstünə qoyulur. Üzəri sellofanla örtülərək ayaqları yuxarıda saxlamaq şərtilə 30 dəqiqə uzanılır. ✔️ Ekzema və dermatitlər zamanı: 1 xörək qaşığı tərxun tozu və 3 xörək qaşığı bal qarışdırılaraq problemli bölgəyə çəkilir. 15 dəqiqədən sonra sərin su ilə yuyulur. ✔️ Stomatitlər zamanı: 20 qr quru tərxun tozu 100 qr əridilmiş kərə yağına qarışdırılaraq zəif ocaqda bişirilir, alınan sıyıq damağa çəkilir.

#tərxun #faydalitərəvəz #faydalibilgiler #təbii #sizəsağlamlıqarzulayırıq #HerbaFlora
#təbiimüalicə

Hipertoniya (yüksək qan təzyiqi) Əleyhinə Pəhriz

İstifadəsi məsləhətdir: ☑️Vitamin C, maqnezium və kaliumla zəngin:
-meyvələr (ərik, üzüm, alma, qarağat, əncir və s.), -tərəvəzlər (kartof, lobya, pomidor, xiyar, kələm, yaşıl noxud, soya, qırmızı turp, yaşıl soğan və s.), Teakard çayı, Antixol çayı, kəsmik, süd məhsulları, yumurtanın ağı, yarmalar, qaynadılmış yağsız mal əti. ❌ Qadağandır:
gün ərzində 1/2 çay qaşığından artıq xörək duzunun qəbulu, yağlı qidalar, yağlı, kremli şirniyyatlar, təzə çörək, tünd çay, qəhvə, kakao, şokolad, spirtli içkilər, konservlər, ədviyyatlar. ❗Məhdudlaşdırılır: xörək duzu, şəkər, mürəbbə, bal, konfet, kərə yağı, yağlı xama. ☑️ Qida rejimi: gündə 4-5 dəfə.

#hipertoniya #hipertenziya #yüksəktəzyiq #təbii #sağlamqidalanma #pəhriz #yükzsəktəzyiqüçünpəhriz #Teakardçayı #Antixolçayı #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Böyük maraqla gözlənilən arıqlama məhsulumuz ZƏRİF FİTNESS çayı artıq satışda! 😊
Apteklərdən soruşun!

#Zərifçayları #ZərifFitnessçayı #Zərifçayı #ariqlama #ariqlamaq #arıqlamaq #saglamariqlama #sağlamarıqlama #təbii #təbiiçay #təbiiməhsul #HerbaFlora #sizəsağlamlıqarzulayırıq

Gözlərdə Həssaslığa Diqqət!

Konyuktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir, əmələgəlmə səbəbindən asılı olaraq dörd forması müşahidə olunur: mikrob, virus, xladimiya və allergik.
Konyuktivitlərin bir çoxu yolxucudur və bəzən hətta epidemiya xarekteri daşıyır. 🔸️Yerli əlamətlər:
✅ gözlərdə qamaşma
✅ qaşınma
✅ yaş axma
✅ gözdə ifrazat
✅ qapaqlar altında yad cisim hissiyyatı
✅ gözün qızarması
✅ kirpiklərin səhərlər yapışması. 🔸️Ümumi əlamətlər:
✅ yuxarı tənəffüs yollarının katarı
✅ hərarətin yüksəlməsi
✅ başağrısı
✅ qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi.

Kəskin infeksion konyuktivit bakteriya və viruslar tərəfindən törədilir.
🔸️Bakterial konyuktivit, əsasən uşaqlarda müşahidə olunur.
Əlamətlər:
✅ qapaqların ödemi
✅ konyuktivada nöqtəvari qansızmalar
✅ çox miqdarda irinli ifrazat baş verir
✅ bu səbəbdən kirpiklər bir-birinə yapışır. 🔸️Allergik konyuktivit gözün selikli qişasının allergenlərin təsiri ilə yaranan iltihabıdır.
Səbəblər:
✅ hər hansı allergenin – toz, heyvan tükü və bitki tozcuqların təsiri
✅ ətraf mühit və atmosferin çirklənməsi nəticəsində lak, boya, təmizləyici vastələrin buxarlanması
✅ gözə çəkilən kosmetik vasitələr və ya şampun düşməsi 🔸️Bahar konyuktiviti allergik konyuktivitlərə aid olub, nəzərəçarpan fəsli xüsusiyyətə malikdir. Erkən yaşdan başlayaraq yazda və yayda rast gəlinir. Xəstəliyin əsasında ultrabənövşəyi şüalara qarşı artmış həssaslıq durur.
Əlamətlər:
✅ gözlərin qamaşması
✅ qaşınma
✅ gözdə yad cisim hissiyyatı. 🔸️Allergik konyuktivitlərin müalicəsi antihistamin preparatların təyini və onu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir. 🔸️İnfeksion konyuktivitlər isə antibakterial preparatlarla müalicə olunur.

Konyuktivitin bütün növlərində gözləri silmək üçün Teasept çayının dəmləməsi istifadə oluna bilər. Xəstələrin həkimə daha tez müraciət etmələri və profilaktik məqsədlə yaz-yay aylarında günəş eynəklərindən itifadə etmələri məsləhətdir.

#göz #gözsağlığı
#gözsağlamlığı #gözqaşınması #gözallergiyası #konyuktivit #Teaseptçayı #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

12-13 may tarixində baş tutmuş "Ramazan Bazar" xeyriyyə yarmarkasından görüntülər 📸

#ramazanbazar2018 #ramazanbazar #xeyriyyə
#hqsgroup #HerbaFlora #sizəsağlamlıqarzulayırıq

Dəyərli izləyicilərimiz!📣 12-13 may tarixində Landmark hotel/Rotunda hall-da keçiriləcək "HQS group"un təşkil etdiyi "Ramazan bazar" xeyriyyə yarmarkasında Herba Flora da iştirak edəcək!
Rəsmi açılış 12 may, saat 12:00-da baş tutacaq. Yarmarkanın konsepsiyası Ramazan bayramı ilə bağlıdır. Burda şirkətimizin məhsulları, əl işi oyuncaqlar, kitablar, bəzək əşyaları, şirniyyatlar, yaylıqlar, geyimlər və s. Sizlərə təqdim olunacaq.
Qazanılan məbləğin bir hissəsi kimsəsiz uşaqlar və aztəminatlı ailələr üçün Ramazan Bayramı təşkilinə yönləndiriləcək. ✔Ünvan: The Landmark Hotel Baku/ Rotunda hall. Nizami küçəsi, 90 A, Bakı1010 (28 m/s yaxınlığı, köhnə dəyirman tərəf)

#ramazanbazar #hqsgroup #hqsgroupazerbaijan #landmarkbaku #xeyriyyə #ramazanbayramı #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Həyatı bir gülə bənzətsək, Sağlamlığı o gülün qoxusu adlandırsaq, yanılmarıq. Odur ki, ömür gülünüzün gözəl ətri həmişə Sizlərlə olsun! 🏵️🌷🌺🌹🌸 #gülbayramı #gulbayrami #bayram #sağlamhəyat #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Faşizm üzərində qələbədən 73 il ötür 🏅🏅🏅 #9may #qələbə #qələbəgünü #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Babasilin TƏBİİ YOLLARLA müalicəsi 🍃

Babasil xəstəliyinin əsas səbəbi qəbizlikdir.
PROFİLAKTİKA
🔻 Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki fəallıq (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək) lazımdır. 🔻 Uzun müddət oturaq halda işləyənlərə gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerindəki kreslo çox yumşaq olmamalıdır. 🔻 Bağırsaqların gündəlik işləməsinə nəzarət edərək qəbizlik yaranmasına yol verilməməlidir. Babasilin inkişaf etməsi və kəskinləşməsinin qarşısını almaq üçün tərkibi bitki lifləri ilə zəngin pəhriz rejiminə əməl edilir. Qəbizliyin aradan qaldırılması və defekasiya aktının güc vermədən baş verməsi də babasilin əsas profilaktikası sayılır. Bu məqsədlə qida rasionuna sellüloza ilə zəngin meyvə və tərəvəzlər, həmçinin buğda kəpəyi əlavə oluna bilər.

RESEPTLƏR
✔️ 2 xörək qaşığı xırdalanmış zəncirotu kökü üzərinə qaynadılıb soyudulmuş su tökülür, 8 saatdan sonra süzülür, gün ərzində 4 dəfə və hər dəfə 1/4 stəkan içilir. ✔️ Qurudulmuş dəvətikanı çiçəklərindən dəmlənmiş çay iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul olunur. ✔️ Suda bişmiş çuğundur işlətmə dərmanı kimi qəbul edilir. ✔️ Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlədici vasitə kimi ərikdən istifadə edilir. ✔️ Buzlu su ilə vanna faydalı olsa da, uzun müddət həmin vannada oturmaq zərərlidir. Buz vannası bir neçə saniyədən maksimum 1 dəqiqəyə qədər qəbul edilə bilər. Buz vannasını təkcə adi sudan deyil, bitki dəmləmələrindən də hazırlamaq olar. ✔️ Qırmızı çuğundurun kök yumruları yuyulandan sonra qabığı soyulur və sıxılaraq şirəsi çıxarılır. Alınan təzə şirə gündə 3 dəfə və hər dəfə 2-3 stəkan içilir. ✔️ 1 xörək qaşığı Babasil əleyhinə yığıntının üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Qaynadılmış su əlavə edilərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır, gecə yatmazdan əvvəl 1/2 stəkan qəbul edilir.

#babasil #hemorroy #bagirsaqxestelikleri #təbii #təbiimüalicə #təbiiməhsullar #fitoterapiya #Babsiləleyhinəyığıntı #HerbaFlora

Arıqlamaq İstəyənlər üçün Xəbərimiz Var! 🔊

Yeni Zərif Fitness çayı tezliklə apteklərdə!🤗 #ariqlamaqlazim #ariqlamaqisteyirem #artıqçəkiyəson #təbii #Zərifçayları #ZərifFitnessçayı #bitkçayı #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

O, YAŞIL APTEK HESAB OLUNUR

Tərkibindəki B qrupu, C, E və K vitaminlərinin, karotin, dəmir, kalsium, fosfor, yod, kobalt, sink və maqneziumun zənginliyinə görə kahını möcüzəvi tərəvəzlər sırasına aid etmək olar.

Yarpaqları tünd yaşıl olan kahı xlorofillə və digər vacib elementlərlə zəngindir, açıq-yaşıl yarpaqlarında isə həmin elementlər azlıq təşkil edir.

Kahı şirəsindən sidikqovucu vasitə kimi də istifadə olunur.
Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını hər gün südəmər körpələrə və uşaqlara verəndə onlar sağlam və gümrah böyüyürlər.
Kahı şirəsinin tərkibində 30%-dək kalium olduğundan ürək əzələlərinin işini yaxşılaşdırır, onun tərkibindəki fol turşusu və xlorofil eritrositlərin və hemoqlobinin yaranmasını stimullaşdırır, qanın tərkibindəki artıq xolesterinin səviyyəsini aşağı salır. Eyni zamanda kahı iştahanı açır, həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmdəki zərərli maddələri xaric edir. 🔻 Yuxusuzluq zamanı 100 qr xırda doğranmış kahı 1 stəkan qaynar suda dəmlənir və yatmazdan əvvəl ilıq halda qəbul edilir. 🔻 Günəş vannasından sonra üz dərisinin kahı yarpaqları ilə örtülməsi həm günəş yanığından qorunmağa, həm də dərinin təravətlənməsinə kömək edir. 🔻 Əzilmiş kahı yarpaqlarını iltihablamış və gündən qızarmış dəriyə sürtdükdə sakitlik bəxş edir və qıcıqlanmanı aradan qaldırır. 🔻 Qanda şəkərin miqdarını saldığına görə, şəkərli diabet xəstələrinin ondan istifadə etməsi faydalıdır. 🔻 Piylənmə və pəhriz qidalanması zamanı kahının çox böyük faydası var. 🔻 Kosmetologiyada da kahıdan geniş şəkildə istifadə olunur. Kahının suyu dəriyə təzəlik verir, sızanaqları aradan qaldırır, sıyığı yanıqlara və çibanlara effektiv təsir göstərir.

#kahı #faydalıbilgiler #saglamqidalanma #sağlamqidalanma #tərəvəz #göyərti #dəmir #vitamin #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Sağlamlıq Mənbəyi 🍅🍒🍎🌶️🍓 Qırmızı meyvə və tərəvəzlərin faydaları saymaqla bitməz... Pomidor, itburnu meyvəsi, qarpızın tərkibi "likopen"lə zəngindir. Likopen ürək-damar xəstəliklərindən mühafizə edir. Prostat vəzin xoş və bədxassəli şişlərinə qarşı qoruyucu funksiyası var.
Albalı və çiyələyin tərkibindəki "ellagik turşusu" xərçəngdən müdafiəedici və antibakterial təsirə malikdir.

Nar antioksidant maddə olan "antosian"larla zəngindir. Ürək-damar və xərçəng xəstəliklərinə qarşı qoruyucu funksiyası var.

Acı qırmızı bibər metabolizmi sürətləndirir, xərçəngdən müdafiə edir. Ağrıkəsici təsir xüsusiyyəti də vardır. 🍒 Bütün qırmızı meyvə-tərəvəzlər polifenollarla (antioksidant birləşmələr) zəngindirlər.
🍒 İmmun sistemi möhkəmləndirirlər.
🍒 Xolesterol səviyyəsini normaya salırlar.
🍒 Damar divarını qoruyucu təsirə malikdirlər.
🍒 Metabolizmin sürətlənməsini təmin edirlər.

#sağlamlıq #sağlamqida #sağlamhəyat #antioksidant #xərçəngəleyhinə #antosian #likopen #ellagikasit #təbiiməhsullar #təbiiqidalanma #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Oynaq Sağlamlığı üçün Pəhriz
Hal-hazırda əhalinin əksər hissəsinin oturaq həyat tərzi sürməsi, qeyri-düzgün qidalanma, yetərincə maye qəbul etməmək oynaq xəstəliklərinin rastgəlmə tezliyinin artmasına səbəb olur.
Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.

FAYDALI MƏHSULLAR
✔Yağsız qırmızı ət,
- dil və yumurta
orqanzimdən artıq fosforu xaric edən dəmirlə zəngindir. ✔Yaşıl tərəvəzlər,
- ərik, kişmiş, xurma, qara gavalı qurusu,
- kəpək, qarabaşaq balı
maqneziumla zəngin olduğuna görə oynaqların sinir təchizatını təmin edir. ✔ Balıq və dəniz məhsullarının tərkibində olan üzvi fosfor oynaqların əsas struktur elementidir. ✔Dəniz kələmi,
- qığırdaq və jelatindən hazırlanan qatı bulyonlar və xaş mukopolisaxaridlərlə zəngindir. Mukopolisaxaridlər sinovial mayenin əsasını təşkil edir və oynaqların normal hərəkətini təmin edir. ✔ Siyənək balığı və zeytun yağı oynaqlara iltihab əleyhinə təsir göstərən F vitamininin mənbəyidir. ✔ Sitruslar, itburnu və qarağat oynaqların qidalanmasını yaxşılaşdıran C vitamini ilə zəngindir. 🔷️ÜMUMİ TÖVSİYƏLƏR
- Oynaqların sağlamlığını qorumaq üçün marinad və duza qoyulmuş tərəvəzlərdən imtina etmək lazımdır. - Qida məhsullarının vitaminlərini qorumaq üçün xörəyi emallı qazanda bişirmək, meyvə və giləmeyvələri qışa saxlamaq üçün qurutmaq və ya dondurmaq daha yaxşıdır.
RESEPT
Hər axşam 4-6 filtr-bağlama Teartroz çayının üzərinə 2 stəkan qaynar su əlavə edilib çaynik və ya termosda dəmlənir, səhər filtr-bağlamalar çıxarıldıqdan sonra dəmləmə 2-3 yerə bölünərək gün ərzində içilir. Müalicə müddəti 1 aydır. 2 həftəlik fasilədən sonra təkrar qəbul oluna bilər.

#oynaq #artroz #oynaqlar #oynaqxəstəlikləri #duzlaşma #osteoxondroz #düzgünqidalan #suiç #Teartrozçayı #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Hər birinizə Sağlamlıq və İşlərinizdə Bol Müvəffəqiyyət Arzulayırıq! 😊
İzləyicilərimizin hansı ixtisas sahibi olduğunu bilmək bizim üçün maraqlı olar... Kim hansı sahədə fəaliyyət göstərir və ən əsası - bu, SEVDİYİNİZ PEŞƏ yaxud SƏNƏTDİRMİ?

#1may #beynəlxalqəməkgünü #peşə #ixtisas #sənət #əmək #iş #zəhmət #HerbaFlora #sizəsağlamlıqarzulayırıq laml

Hepatit. Nələrə diqqət etməli?

Hepatit xəstliyi son zamanlar artan xəstəliklər qrupuna aid edilir və onun bir neçə növü var – hepatit A, B, C və s. Hepatit B və C növləri qanla yoluxur.

Qadın bərbərində pedikür və manikür zamanı sterilləşdirilmədən istifadə edilən alətlər təhlükə mənbəyidir və yoluxmaya səbəb olur. Diş həkimi hər xəstə üçün steril paketin içində saxlanılan alətlər işlətməlidir.

Hepatitlərin bir neçə müayinə üsulları var. Müayinə nəticəsində qanda anticisimlər tapılanda və virusların miqdarı çox olanda təşvişə düşməmək və dərhal tədbirlərə başlamaq lazımdır. İlk növbədə: ✅ Hər gün 6 km-dən çox gəzmək və ya asta qaçmaq;
✅ Heç bir kimyəvi dərman qəbul etməmək, çünki həmin dərmanların toksinlərini qaraciyər və böyrəklər təmizləyir.
✅ Qanı saflaşdırmaq, damarları elastikləşdirmək üçün hər 10 gündən bir 10 ədəd zəli qoydurmaq; Yaxşı olar ki, zəli öndən qaraciyər nahiyəsinə, arxadan isə bel fəqərələrinin üstünə qoyulsun.
✅ 2 ay hər gün 0.5 litr kefir içmək lazımdır.
✅ 2 ay gündə üç dəfə yeməkdən əvvəl yarım çay qaşığı udi hindi suya və ya bal şərbətinə qatılıb qəbul edilir.
✅ Hər gün yeməkdən əvvəl alaqanqal toxumu dəmləməsi içilməsi məsləhətdir. Bundan başqa 2 ay ənginar yarpağı, solmazçiçək və boymadərən dəmləmələri də içilməlidir. ✔️ Hepatitlər üçün məcun:

100 qram alaqanqal, 100 qram sarıkök, 50 qram udi hindi, 50 qram zəncəfil və 50 qram çörəkotu toz halına salınaraq 2 kiloqram balla qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.
Spirtli içkilər və siqaret qəbul edilməsi qəti qadağandır!

Fitoterapevt dr. Fizuli Hüseynovun bloqundan

#hepatit #hepatitis #hepatitvirusu #qaraciyerxestelikleri #təbiiçarə #Heparteaçayı #sağlamhəyat #təbii #bitkitərkibli #fitoterapiya #fizulihuseynov #HerbaFlora #sizəsağlamlıqarzulayırıq

Baxım zamanı 😍😍😍
Yaz gəldi, məndə çillər başlayır. Qarala bilmədiyimə görə də zaman-zaman çillər tündləşib, qəhvəyi rəng alırlar. SPF bu məsələdə zəifdi, demək olar, kömək etmir (mənə). Çarə-maskalar. Yeni kəşfim, ağ gil, limon suyu, ilıq su qarışımı. Dərini qurutmadan ağardır, ləkələri, çilləri soldurur, bir müddət sonra, ümumiyyətlə görünməz edir.
Bu maskanı ilk dəfə, sadə, yuxarıda yazdığım kimi etmişdim. Sonra, mükəmməlləşdirməyə başladım. Bir dəfə xırda rəndələnmiş xiyarla etdim. Oda yaxşı effekt verdi. Bir dəfə, çaytikanı (oblepixa) yağı qoydum. Bu dəfəsə, çobanyastığı ilə etdim. Qızlaaaar, dərimi elə gözəl etdi ki 😻😻 həm çillər soldu, həm ümumi dəri gözəlləşdi, daxildən parıldadı elə bil.
#baxım #qulluq #üzəqulluq #özünəzamanayır #inaradan_maska #ağgil #herbaflora

Çoxlarımızın marşurutda, yaxud öz şəxsi maşınında maraqla dinlədiyi #AvtoStop radioverilişinin aparıcısı #DjTural ın bir postunu Sizlərlə paylaşmaq istədik. Həm arıqlamaq istəyənlər, həm #sağlamarıqlamaproqramı mızı (Hepartea, Teaxolin, Antixol və Zərif çaylarından ibarət) tətbiq etməyə başlayanlar üçün motivasiya olsun 🤗💪 Həm də ki, Dj.Turala gecikmiş təşəkkürümüzü çatdıraq 😊
Məhsullarımızdan İstifadə Etdiyiniz və Gözəl Nəticənizi Bizlərlə Bölüşdüyünüz üçün Minnətdarıq,Tural bəy! Sizə Sağlamlıq Arzulayırıq!

#djtural #avtostop #atvradio #saglamariqlama #sağlamarıqlamaproqramı #təbiiçay #bitkitərkibli #təbiiməhsul #HerbaFlora #aztagram #sizəsaglamliqarzulayiriq

Qəbul İmtahanlarına Sayılı Günlər Qaldı❗

İmtahana yaddaşınıza güvənərək - daha əmin şəkildə girmək istəyirsinizsə, seçiminiz SEREBRATEA çayı olsun!😊 ✅ Beyin toxumasının qidalanma və oksigenlə təchizatını normallaşdırır
✅ Yaddasaxlama və yadasalma qabiliyyətlərini yaxşılaşdırır
✅ Diqqət dağınıqlığını aradan qaldırır
✅ Zehni yorğunluqdan xilas edir.

Bütün Abituriyentlərə Sağlamlıq və Uğur Arzulayırıq!

Qeyd: Gənc yaşlarda qan təzyiqi daha çox düşməyə meyilli olduğundan yeməkdən 1 saat sonra qəbulu məsləhətdir.

İmtahana hazırlaşan dostlarınızı tag edə bilərsiniz🤗

#yaddaş #yaddas #Serebrateaçayı #imtahanahazırlıq #abituriyent #təbiiməhsul #bitkiçayı #zehniyorğunluq #sizəsağlamlıqarzulayırıq #HerbaFlora

Most Popular Instagram Hashtags