[PR] Gain and Get More Likes and Followers on Instagram.

#fkbine

13 posts

MOST RECENT

Sizcə komandamız birinci divizionda bu mövsüm neçənci yeri tuta bilər?
#fkbine

Klubumuzun rəsmi instagram hesabı fəaliyyətini davam etdirir.
#fkbine

Klubumuzun yeni səfər geyim dəsti ictimaiyyətə təqdim olunub.Klubumuzun nike istehsallı geyim dəsti göy və ağ rəngli xətlərdən ibarətdir.
#fkbine

Binə Qəsəbə Stadionu - Birinci Diviziona tam hazırdı.
#fkbine

Birinci divizion hazırlıqlarını davam etdirən "Binə"miz sabah daha bir yoxlama görüşü keçirəcək. Rəqibimiz Birinci divizion təmsilçisi "MOİK" olacaq. Binə qəsəbə stadionunda keçiriləcək oyun 17:00'da başlanacaq.

#fkbine #qartallar #Idivizion

Dünən komandamız növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Binə qəsəbə stadionunda keçirilən oyunda rəqib "Zirə" FK-nın əvəzedici heyəti olub. Qarşılaşma "Binə"mizin qələbəsi ilə başa çatıb. "Binə" FK 2-0 "Zirə" FK (əvəzedicilər)
Qollar: Elmin Çobanov 57' (1-0), Məhəmməd Bədəlbəyli 72' (2-0)

#fkbine #qartallar #Idivizion

Birinci Divizion hazırlıqlarını davam etdirən komandamız daha 5 futbolçu ilə heyətini gücləndirib.
Yeni transferlərimiz Məhərrəm Hüseynov,
Fərid Abbaslı, Cəmil Rəhimli, Vüsal Nağıyev və
Ülvi Süleymanov 2017/2018 mövsümündən etibarən "Binə"mizin uğurları üçün çalışacaq.
#fkbine

Bu gün komandamız növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Rəqib Premyer liqa klublarından İnter PİK olub. Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma İnter'in 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Rauf Əliyev vurub.

#fkbine _İnterPİK

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Binə FK" sabah Premyer Liqa təmsilçisi "İnter PİK" ilə qarşılaşacaq.

#fkbine #interpik

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Binə FK" daha iki yoxlama görüşü keçirəcək. Sabah "Binə"miz "Azərbaycan U-19" milli komandası ilə qarşılaşacaq. 29 iyulda isə rəqib Premyer Liqa təmsilçisi "İnter PİK" olacaq.
#fkbine #interpik #azerbaycanu19

Birinci divizionun debütantı olan Binəmiz dünyanın ən məşhur brendlərindən biri - "Nike" ilə əməkdaşlıq edəcək. Klubumuz 2017/2018 mövsümündə "Nike" şirkətinin istehsalı olan geyimlərlə təmin olunacaq.

#FKBine #Nike

Bu gündən İnstagram səhifəmiz də azarkeşlərimizin xidmətindədir.
@fkbine
#fkbine #instagram

Most Popular Instagram Hashtags