semaabiyeva semaabiyeva

2,629 posts   66,131 followers   859 followings

Sema Abiyeva  🔴 DJ. and editor on ATV 📻📺✏........... 💡 Chief editor of analar.az 💻........... ⏯ Youtube blogger 🎥........... ➡️ mail adress sema@abiyeva.az

Yeni evin girişində ikinci mərtəbəyə aparan pilləkən var. İlk postumda qapıdan içəri girdiyimiz üçün elə növbəti post da qapıdan sonrakı köşədən bəhs edəcək. Pilləkənin yanındakı divara divan yerləşdirdiyimizə görə məcbur qarşısına yəni pilləkən boyunca tv stand qoymalı oldum. Tv -ni pilləkənin kənarına kranşteynlə vurmaq da olardı, amma mən tv gələcəkdə müxtəlif köşələrə keçirəcəyimi bildiyimdən belə etmədim. Pilləkənin kənarından da istfadə etmək üçün və tv stand’in o küncdə yalqız qalmaması üçün pilləkən olan divarı dekor etdim. Şəkil çərçivələrinin içini boşaltdım, onları da, güzgülər, dekor elementlərini də divara xüsusi çərçivə yapışdırıcısı ilə bərkitdim. (story’də paylaşacam) @ikeaturkiye dən aldığım zəngli saatı da tv üstünə vurdum. Bura gəldiyimizdən bəri içdiyimiz mineral suların şüşələrini atmadım. @koctas aldığım kəndirlə onları dekor edib divardan asdım. İçərisinə çiçəklər qoymaq olacaq. Tv masasında isə rəfə səbət qoydum səbətə isə tv-nin və anten qəbuledici aparatı da səbətdə gizlətdim. Ayaqüstü alındığını bilirəm, amma bu pilləkənin altına çox gözəl, həm də praktik istifadə edə biləcəyim istirahət köşəsi quracam gələcəkdə. @fabaylife
#evimevimgüzelevim Sonda paylaşdığım şəkildə isə əvvəldən çərçivələrin yerini dəqiqləşdirmək üçün jurnaldan qəliblər kəsib divarda yerləşdiyimi göstərirəm. Elə olanda təxmini nəyi necə düzəcəyinizi görə bilirsiz.

Günəş qürub edirdi...

Saçlarımın yeni qulluq dostu var. Paylaşacam, sizin də tanışlığınız olsun!

Necə gözəl yerlər kəşf edirəm burda. Qədim yunan torpaqlarında türk nəfəsi çox doğmadı🤩

Bir-bir evin hər küncünü qurmağa, pratik bəzəməyə çalışıram. İlk paylaşım üçün qapıdan içəri girdik. Qapıağzında açarlıq bir köşə düzəltdim. Tam razı deyiləm, tam ürəyimcə deyil. Xüsusən də rəfaltındakı o işıq açarının yerini heç bəyənmirəm. Amma məncə 1 həftəyə qurulan interyer üçün bağışlanılandı😊#evimevimgüzelevim @fabaylife

Bodruma gələndə mütləq Balıqçı kəndinə baş çəkin. Çox fərqli eksteryeri olan evlər küçə boyu müzey yaradıblar eləbil.

Bodruma gəlməmiş çoxdankı arzumu reallaşdırdım.
Səyahət üçün çemodanıma yerləşə bilən ütü axtarırdım. Axır ki, aldım! Bu ütü parla işləyir, çox portativdi, paltarı səyahətdə ütüləmək üçün çox əlverişlidir. Yeni evimizin pərdələrini də ütüləməyə kömək etdi. Baha da deyil. @baku.electronics.home mağazasının Nərimanov metrostansiyası yaxınlığında açılmış ən böyük filianlından tapa bildim. Elə oranın ikinci mərtəbəsində ev üçün satılan dekor əşyalarından bir neçəsini burdakı evi bəzəməyə almışıq. Yəni Baku elektroniksin yeni ünvanından təkcə texnika yox, həm də interyer üçün əşyalar ala biləcəyik.

Şəklin adı:
Günəş Səmanı öpərkən.

Adıma və soyadıma görə həyatım boyu atama təşəkkür içindəyəm.♥️🕊

Xəbəriniz var ki, saçlarımıza əl kremi ilə qulluq edə bilərik?! Bodruma gəlməmiş istirahət vaxtı optimal qulluq yolları haqqında məlumatlar axtarırdım. Çox maraqlı məsləhətlə rastlaşdım və istirahətdə yoxladım. Sən demə, saçlarımızda nəmləndirici əl kremini maska kimi 20-dəq saxlayıb yuya bilərik. Hətta saçlarımızı yuduqdan sonra nəm halda da yalnız uclarına çəkə bilərik. Bu saçların uclarını qurumaqdan qoruyacaq, qidalandıcı əl kremidirsə hətta qidalandıracaq. Üstəgəl baqajımızda qulluq vasitələrimizin sayı minimallaşacaq. Mən LOccitane kremlərini əllərim üçün istifadə edirəm, saçlarıma isə daha ucuz (massmarket) versiyaları çəkirəm.

Az qaldı ....
evimizi tam hazır edim, instagrama geri dönəcəm!

Hüzur notlarında macəram başladı!
@fabaylife

Most Popular Instagram Hashtags