qafqazinfo_az qafqazinfo_az

4,140 posts   170,863 followers   441 followings

Qafqazinfo.az  Ünvan: Y.V.Çəmənzəminli,119C Tel:(012) 511-77-89, 564-18-48 Mob:(055) 490-05-96 Whatsapp:(050) 979-96-10 Fb: Qafqazinfo.az E-mail: info@qafqazinfo.az

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. 
Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür.

Yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospekti Hava limanı və Zığ dairəsi hava limanı avtomagistralllarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat endirilib.
Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmaları xahiş olunur.

Bakıda gecədən başlayan yağış nəticəsində Nizami metrosunun yaxınlığında, “Kubinka” adlanan ərazidə fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub.

Payız fəsli artıq Azərbaycana daxil olub. “Qafqazinfo” xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, payız fəsli bu gün Bakı vaxtilə saat 05:54-də ölkəmizə daxil olub.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.
Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.

Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər Ş.Məmmədbəyovu xərəklə TTTYS-nın avtomobilinin olduğu əraziyə və digər ünvanda yerləşən mənzilə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq.
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var.
Havanın temperaturu 2-4°aşağı enəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.

Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “Bizimləsən” proqramını tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, son bir neçə gündür xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın efirə çıxarılmasına iradını bildirib. 
Aktrisa sosial şəbəkədə qeyd edib ki, proqram heyəti həmkarını aciz göstərir və ona stres yaşadır: “Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.
"Qafqazinfo" Milli.Az-a istinadən xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.
Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək. "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə Ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu relsdən çıxıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev bu gün açıqlanan nəticələrə əsasən, Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.
Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir ilk gerçəkləşib.
“Qafqazinfo” xəbər verir ki, ikinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Hər iki çəkinin qalibi yaponiyalı Abe ailəsinin nümayəndələri olub. Belə ki, kişilərin mübarizəsində Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu olub.
Qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.

Xəbər verdiyimiz kimi, Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ötən gecə Azərbaycana rəsmi səfərə gəlib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, parlament sədrini hava limanında görən məktəbli ilə Binəli Yıldırım arasında maraqlı anlar yaşanıb. Belə ki, Yıldırımı görən Məhəmməd Taha adlı şagird sevincindən ağlamağa başlayıb. Binəli Yıldırım isə şagirdi qucaqlayaraq öpüb, daha sonra birgə şəkil çəkdiriblər.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq.

Jurnalist Sevil Nuriyeva ofisində Gözəl Dəmirov tərəfindən güllələnərək qətlə yetirilən həyat yoldaşı, iş adamı Etimad İsmayılovun İstanbuldakı vida mərasimində görüntülənib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər. S. Nuriyeva başsağlığı təziyələrini qəbul edib.
Qeyd edək ki, Etimad İsmayılovun cənazəsi bu gün dəfn olunmaq üçün Bakıya gətirilib.

Most Popular Instagram Hashtags