[PR] Gain and Get More Likes and Followers on Instagram.

pediatrnevrologmixek pediatrnevrologmixek

98 posts   1547 followers   2662 followings

Pediatr Nevrolog Mixek Tehmez  Avrasiya hospitalda PEDIATR UŞAQ NEVROLOGU ATU. GAZI UNV.TIP FAK. HASTANESI Elaqe nomresi 0557041405 0507332051

KƏKƏLƏMƏ.
Uşaq danışarkən hecaları bir neçə dəfə təkrar edirmi? Həyəcanlanan və ya tələsik danışan zaman bu daha çox olurmu? Bu kəkələmədir.
Kəkələyən uşaqlar danışarkən səs, heca, sözcük təkrar və uzatmaları edirlər deyə danışmaqda çətinlik çəkirlər. Ya çox sürətli danışırlar ya da ki, təkrarlayırlar. Kəkələmənin səbəbi və əmələ gəlməsi səbəbləri bilinmir. Bir neçə faktorun rol oynadığı deyilir. 1 genetik faktor
2 tələsik danışması
3 daha sürətli düşünməsi
4 həyəcanlanması
5 qorxularının olması
6 diqqət dağınıqlığı
7 ətrafındakı insanların təsiri.
- Əsasən 2-5 yaşlarda daha çox rast gəlinir
- Yavaş-yavaş başlayır - Həm qızlarda, həm də oğlanlarda olur, amma oğlanlarda 4dəfə artıq rast gəlinir.
- 1% insan yetişgin olduqda da kəkələyə bilir.
- Bəzən azalıb, itib sonra yenidən ortaya çıxa bilir.
- Nə etsəniz onu əngəlləyə bilmirsiniz.
Kəkələmə yorucu olur, uşaq həm psixolojik, həm də zehni yorğun olur.
Kəkələmə çox vaxt müalicə olunur. Çox az hallarda 1% böyük yaşlara qədər davam edə bilir. Vaxtında diaqnoz qoymaq müalicənin vaxtını azaldır, daha tez təsirli olur.
#usaqinkisafi #uşaqlarüçünoxu #usaqinkisafi # #körpəm #balam #uşaq #balaca #pediatrnevrologmixək #avrasiyahospital #pediatr #uşaqhekimi #korpeyediqqet #korpeyequlluq #korpemvemen

Pediatrlar klubu toplantisi..

Epilepsi toplantisindan

Öpücük xəstəliyi.
Çox sıx rast gəlinən, dünyanın bütün ölkələrində insanların 90%-inin keçirdiyi infeksiyadır. Öpücük xəstəliyi deyə adlandırdığımız, "infeksiyoz mononukleoz" xəstəliyi EBV (epştein barr virusu) tərəfindən törədilir. İnsandan insana tüpürcək yolu ilə ən əsası da öpüşmə ilə ailə içi, bağça və məktəbdə çox asanlıqla yayılır. Xəstəlik uşağı günlərlə yatağa salıb həm də immunitetin zəifləməsinə səbəb ola bilir. İmmun sistemi güclü olan insanlarda və 2yaş altı uşaqlarda xəstəlik çox yüngül keçə bilir. Əsas bahar və payız aylarında daha çox olur. Ən əsas əlamətləri yüksək temperatur, boğaz ağrısı, limfa vəzilərində böyümə, halsızlıq, yorğunluq, iştahsızlıq və gecə tərləmənin. Badamcıqlar çox böyüyür və qızarır, üzərində ağ ərp aydın görünür. Bəzi xəstələrdə dalaq və qaraciyərdə böyümə də aşkarlana bilər. Xəstə uşaq yemək yeməkdə çətinlik çəkə bilər. Antibiotik müalicəsi təsirsiz ötüşmür. Temperatur yüksəkliyi 7-8gün ola bilər. Xəstəlik zamanı yataq istirahəti məsləhətdir.
#usaqinkisafi #uşaqlarüçünoxu #usaqinkisafi # #körpəm #balam #uşaq #balaca #pediatrnevrologmixək #avrasiyahospital #pediatr #uşaqhekimi #korpeyediqqet #korpeyequlluq #korpemvemen

GÖZ TƏNBƏLLİYİ NƏDİR?
Hər 100 uşaqdan 2 ya da 3-ündə GÖZ TƏNBƏLLIYINƏ rast gəlinir. Buna görə də erkən diaqnoz qoyulmalı və müalicə edilməlidir. Bu problem yeniyetmələrdə ən çox görülən görmə probleminə çevrilə bilər. Əsas odur ki, heç şikayət olmasa belə 6ay-1yaş arası, 3-5yaş arası və 7yaş-da rutin göz müayinəsi edilməsi lazımdır.
GÖZ TƏNBƏLLİYİ nədir? ABLOPİYA. Görmə kəskinliyində tək və ya 2tərəfli zəifliklə xarakterizə olan bir vəziyyətdir. Görmə göz və beyinin birlikdə çalışmasıyla əmələ gəlir. Normada görüntülər hər iki gözümüzdən sinir vasitəsilə ötürülür. Hər hansı səbəblə iki gözdəki görüntü tək görüntüyə çevrilə bilməzsə bir gözdən beyinə zəif xəbərdarlıq gedir. Beləcə daha az görmə əmələ gəlir. GÖZ TƏNBƏLLIYINDƏ gözlər quruluşca normal olur.
#usaqinkisafi #uşaqlarüçünoxu #usaqinkisafi # #körpəm #balam #uşaq #balaca #pediatrnevrologmixək #avrasiyahospital #pediatr #uşaqhekimi #korpeyediqqet #korpeyequlluq #korpemvemen

IDIR seminarı.

UŞAĞLARIN GÖZ MÜAYİNƏSİNDƏN KEÇMƏSİNİN VACİBLİYİNİ GÖSTƏRƏN SƏBƏBLƏR:
1) ÇƏPLİK
2) ERKƏN DOĞULMUŞ KÖRPƏ
3) GÖZDƏ BULANIQLIQ, AĞ BƏBƏK
4) NİSTAQM ( GÖZLƏRDƏ TİTRƏMƏ)
5) CİSİMLƏRƏ YAXINDAN VƏ YA YAN BAXMA
6) BAŞI ÇİYİNƏ ƏYƏRƏK VƏ YA ÇƏNƏNİ QALDIRARAQ BAXMAQ
7) GÖZLƏRİ OVALAMAQ, QIRPMAQ , BƏRƏLTMƏK ( GENİŞ AÇMAQ)
8) BİR GÖZÜ QIYMAQ VƏ YA QIRPMAQ
9) AİLƏDƏ EYNƏK İSTİFADƏSİ VƏ YA TƏNBƏLLİK
10) SƏBƏBSİZ BAŞ AĞRILARI, YORĞUNLUQ.
#usaqinkisafi #uşaqlarüçünoxu #usaqinkisafi #körpə #körpəm #balam #uşaq #balaca #pediatrnevrologmixək #avrasiyahospital #pediatr #uşaqhekimi #korpeyediqqet #korpeyequlluq #korpemvemen

FEBRİL QICOLMA.
Uşaqlıq dönəminin ən çox rast gəlinən tutmasıdır. Vücud temperaturunun yüksəlməsi ilə olur. Əsasən 6ay-5yaş uşaqlar arasında olur. Hər hansı bir infeksion xəstəliyin səbəb olduğu  temperaturun yüksəlməsi  və əvvəlində temperatursuz  qıcolma halinin olmadığı vəziyyətdə əmələ gələn qıcolmalardır.
Febril qıcolma epilepsiya demək deyil !

Bir çox febril qıcolma 1-2 dəqiqə olur, amma bir necə saniyə qədər qısa ya da 15 dəqiqə qədər uzun çəkənləri də vardır. Çox zaman temperaturun yüksəlməsinin ilk günündə ortaya çıxır. Tutmalar uşaqların 1\3 də təkrarlayır və uşağların çox hissəsində  3dən çox qıcolma ola bilir. Febril qıcolmalar əsasən xoşxassəli olmaqla birlikdə, bəzi hallarda klinik epilepsiya sendromunun ilk tutması kimi də qarşımıza çıxa bilər. Bunu  aydinlaşdirmaq üçün həkimə müraciət edilməlidir.
#usaqinkisafi #uşaqlarüçünoxu #usaqinkisafi #körpə #körpəm #balam #uşaq #balaca #pediatrnevrologmixək #avrasiyahospital #pediatr #uşaqhekimi #korpeyediqqet #korpeyequlluq #korpemvemen

Bütün balaların bayramını tebrik edirəm.

Ateş böcekleri

Most Popular Instagram Hashtags