[PR] Gain and Get More Likes and Followers on Instagram.

heydaraliyevazerbaijan heydaraliyevazerbaijan

402 posts   36150 followers   1 followings

Aliyev Heydar Alirza oglu  The National Leader of the Azerbaijani Nation

İzləyin! Ulu Öndər Heydər Əliyev Naxçıvanda çay içərkən ...

Ümummilli Lider Heydər Əliyevin istəyi o idi ki, ermənilərin xalqımıza qarşı ərazi iddiaları irəli sürdükləri və bu məqsədlə hərbi təcavüzə əl atdıqları bir vaxtda Azərbaycanda daxili qarşıdurmanın aradan qaldırılması, vahid ideya əsasında milli birlik və həmrəyliyin yaradılması, bütün əhalinin vahid məqsəd - müstəqil dövlətçilik və demokratik idarəçilik ətrafında birləşdirilməsi vəzifəsi öz həllini tapmalıdır. Bunun üçün ilk növbədə keçən illərdə xalqın gözündə özünü ifşa etmiş Azərbaycan Kommunist Partiyası buraxılmalı və onun yerində milli etimad hökuməti yaradılmalıdır. Bu məqsədlə Heydər Əliyev Ali Sovetin 1991-ci il avqustun 29-da keçirilən sessiyasında yenidən söz alaraq çıxış etdi. O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir.

Ümummilli Lider Heydər Əliyev: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Ümummilli Lider Heydər Əliyev: Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Ulu Öndər Heydər Əliyev: "Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma."

Qaçqın və məcburi köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat edirdi. Ulu öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Heydər Əliyevin hakimiyyəti illərində qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi. Çıxışlarının birində ulu öndər demişdi: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Göründüyü kimi, bu dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.

Ulu Öndər Heydər Əliyev: Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik.

Zaman keçdikcə xalqımız üçün daha da yaxın, daha da doğma bir insana çevrilən Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrinin yazılmasında, bu müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan xalqının yüksək intellektual və işgüzar səviyyəli bir millət kimi formalaşmasında, dünya xalqları sırasında öz layiqli yerini tutmasında əvəzsiz xidmətləri heç vaxt unudulmayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN...

Ümummilli Lider Heydər Əliyev: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir"

Most Popular Instagram Hashtags