[PR] Gain and Get More Likes and Followers on Instagram.

food.az food.az

1209 posts   18682 followers   4413 followings

☄Mətbəxin ən dadlı sirləri☄  •Yemək | İçmək | Şirniyyat •Milli və Avropa mətbəxi •Bişirməyi sevənlərin səhifəsi •Reklam üçün direct

http://fb.com/food.azerbaycan

✔Almalı mandarin piroqu
@food.az təqdim edir
4 Porsiya üçün
2-3 ədəd alma
2-3 ədəd mandarin
100 qr şəkər tozu
170 qr sadə un
75 qr kərə yağı
1 ədəd yumurta
4 x.q xama
1 ç.q vanilin
15 qr kişmiş
1 ç.q darçın
Alma və mandarini təmizləyir, unun üzərinə darçın, vanilin, qabartma tozu əlavə edirik.
Almanı kvadrat şəklində doğrayır, üzərinə kişmiş əlavə edirik.
Ayrıca xama, yumurta və şəkər tozunu qarışdırır, üzərinə mandarinləri (şirəsini) əlavə edirik. Xamalı qarışım ilə unu və almalı kişmiləri qarışdırırıq.
Ən sonda üzərinə mandarin dilimləri düzüb, biraz şəkər tozu da əlavə edirik.
180 dərəcəli sobada təxminən 45-50 dəqiqə bişiririk.
Piroqumuz hazırdır. Nuş olsun!

✔Göyərtili omlet
@food.az təqdim edir
3 ədəd yumurta
50 qr süd
50 qr pendir 
1 dəstə ispanaq
zövqə görə göyərti
20 qr bitki yağı
30 qr pendir
20 qr pomidor
İlk olaraq göyərtini xırda şəkildə doğrayır, üzərinə yumurta vururuq.
Daha sonra pendiri və südü əlavə edib, qarışdırırıq.
Tavaya yağ əlavə edib, bişirməyə qoyuruq
Yeməyimiz hazırdır. Üzərinə sonda pomidor da vurmağı unutmuruq. Omletimiz hazırdır. Nuş olsun!

✔Meksika üsulu lavaşda toyuq
@food.az təqdim edir
500 qr Toyuq filesi
3-4 ədəd lavaş
İlk olaraq toyuğun filesini doğrayır ya da blenderdən keçiririk (qaynadılmış toyuq). tavada qızardırıq.
Daha sonra üzərinə, pomidor və pendiri əlavə edirik. Lavaşın arasına düzürük.
Lavaşı qutab formasında bükür, biraz tavada qızardırıq.
Lavaşda toyuq hazırdır. Nuş olsun!

✔Xamalı blinçik
@food.az təqdim edir
4 ədəd yumurta
3 x.q şəkər tozu
1000 ml süd
3 x.q xama
400 qr sadə un
3 x.q zeytun yağı
10 qr vanil
İlk olaraq yumurtanı vanil, şəkər tozu və xama ilə qarışdırırıq. Daha sonra üzərinə un və süd əlavə edir, qarışdırır, ən sonda isə 1 xörək qaşıı zeytun yaı vururuq.
Alınan məhlulu tavada hər iki üzünü bişiririk.
Desertimiz hazırdır. Nuş olsun!

✔Limonlu toyuq şorbası
@food.az təqdim edir
300-400 qr Toyuq filesi
1000 ml su
2 ədəd limon
4 ədəd yumurta 
2 x.q sadə un
10 qr göyərti
Bizə lazım olan ərzaqları hazırlayırıq. Daha sonra toyuu qaynadırıq.
Limon şirəsi, un və yumurtanın sarısını qarışdırırıq. Bulyonun üzərinə toyuğu və limonlu qarışımı əlavə edib bişiririk.
Daimi olaraq qarışdırır, bişənə yaxın isə zövqə görə göyərti (göy soğan, keşniş və cəfəri) əlavə edirik. Süfrəyə təqdim edəndə üzərinə limon da sıxa bilərsiniz.
Şorbamız hazırdır. Nuş olsun!

✔Pendirli üzüm
@food.az təqdim edir
100 qr Holland pendiri
100 qr kremli pendir
100 qr pendir
150 qr üzüm
50 qr küncüt
zövqə görə ədviyyat
İlk olaraq lazım olan ərzaqları hazırlayırıq. Pendirləri (müxtəlif növ pendir istifadə edə bilərsiniz) sürtkəcdən keçiririk. Üzərinə ədviyyat vururuq.
Ədviyyatlı pendiri mikserdə qarışdırırıq. Daha sonra küncütə batırır, qarışımı kürə halında edir və arasına üzüm qoyuruq.
Daha sonra yenidən küncütə batırırıq.
Qəlyanaltımız hazırdır. Nuş olsun!

✔Meyvəli pizza
@food.az təqdim edir
25 dəq  1 Porsiya
100 qr şokolad
40 qr qara şokolad
20 qr marşmelou
20 qr çiyələk
40 qr banan
40 qr mandarin
15 qr kərə yağı
2 budaq nanə
1 ədəd xəmir
Hazır pizza xəmirini (və ya lavaş) 4 yerə bölür, üzərinə yağ vururuq.
Daha sonra sıra ilə şokolad və meyvələri düzürrük.
Ən sonda nanə vurmağı unutmuruq. Meyvəli pizzamız hazırdır. Nuş olsun

✔Caciki
@food.az təqdim edir
2 ədəd xiyar
2 diş sarımsaq
2 x.q xama
150 ml yoqurt
2 budaq nanə
1 ç.q limon şirəsi
2 x.q zeytun yağı
2 ç.q şəkər tozu
15 dəq  1 Porsiya
İlk olaraq xiyarı kvadrat şəklində doğrayır, üzərinə biraz şəkər tozu əlavə edir, saxlayırıq. Daha sonra yoqurtun üzəinə duz, limon şirəsi, nanə əlavə eidb qarışdırırıq.
Xiyarı yoqurtun üzərinə əlavə edirik.
Caciki hazırdır. Nuş olsun!

✔Göyərtili blinçik
@food.az təqdim edir
300 qr sadə un
200 ml süd
200 ml su
2 ədəd yumurta
70 qr pendir
3 x.q bitki yağı
zövqə görə göyərti
1 ç.q şəkər tozu
Hazırlama: 30 dəq , 1 Porsiya
Yumurtanı süd və şəkər tozu ilə qarışdırırıq. Daha sonra üzərinə un və soda əlavə edirik. Bitki yaöını da əlavə etməyi unutmuruq. Pendiri sürtkəcdən keçirir, göyərtini xırda şəkildə doğrayırıq.
Daha sonra göyərti və pendiri bayaqkı məhlulla qarışdırırıq. Tavaya əlavə eidb bişiririk.
Üzərinə bitki yağı da vururuq.
Blinçiklərimiz hazırdır. Nuş olsun!
#food #metbex #tasty #baku

✔Göbələkli qarabaşaq
@food.az təqdim edir
500 qr göbələk 
100 qr ağ göbələk
250 qr soğan
2-3 diş sarımsaq
zövqə görə göyərti
250 qr qarabaşaq
Bizə lazım olan ərzaqları hazırlayırıq. Qarabaşağı (qreçka) az yağda bişiririk.
Göbələk, göyərtini xırda şəkildə doğrayırıq. Göbələkləri bişirir, soğnalar da qızardır, üzərinə göyərtini əlavə edirik.
Qara çörəyi doğrayır, az yağda qızardır, üzərinə sarımsaqları əlavə edirik. Süfrəyə təqdim edəndə çörəyi yanında qoyuruq.Yeməyimiz hazırdır. Nuş olsun!

✔Mimoza salatı
@food.az təqdim edir
20 dəq  2 Porsiya
Bizə lazım olan ərzaqları hazırlayırıq. Kökü, kartofu, yumurtanı qaynadırıq.
Hər birini sürtkəcdən keçiririk. Qaba mayonez vururuq.
Daha sonra sıra ilə tərəvəzləri qaba düzür mayonezləyirik.
Ən sonda yumurtanı və mayonezi, zövqə görə göyərtini vururuq.Salatımız hazırdır. Nuş olsun!

✔Qulançar salatı
@food.az təqdim edir
500 qr qulançar
400 qr pomidor
4 ədəd yumurta
2 x.q üzüm sirkəsi
2 x.q zeytun yağı
1 ədəd soğan
2-3 diş sarımsaq
1 ç.q balzamik sosu
İlk olaraq soğanı tavada bişirdirik. Üzərinə pomidor və balzamik sosu əlavə edirik.
Daha sobra qulançarları pomidorların üzəinə vururuq. Ən sonda isə bir neçə diş sarımsaq da doğrayırıq.
Qaynadılmış yumurta ilə bəzəyirik. İsti qulançar salatımız hazırdır. Nuş olsun!

Most Popular Instagram Hashtags