bakuwhitecityproject bakuwhitecityproject

187 posts   2,073 followers   38 followings

Baku White City  Welcome to Baku White City's official Instagram page! Bakı Ağ Şəhərin rəsmi İnstagram səhifəsinə xoş gəlmisiniz! #bakuwhitecity

Hər il ağaclarımız daha da boy atır. Yaz aylarında Ağ Şəhər çox gözəldir. #bakuwhitecity

Fəvvarələr Meydanı parkı. Buradan Ağ Şəhər bulvarına açılan mənzərəni özünüz görməlisiniz. #bakuwhitecity

Ağ Şəhərin Mərkəzi Park Kvartalında layihələndirilmiş növbəti biznes mərkəzi. #bakuwhitecity

Ağ Şəhərin yaraşığı - Paris evləridir. Bakının XX əsr memarlığı üslubunda Ağ Şəhər üçün xüsusi işlənilmiş 5-7 mərtəbəli Paris evləri sakinlərinə rahat və təhlükəsiz yaşayış imkanı yaradır. @agsarayresidence Ağ Şəhər ərazisində tikinlən Paris evlərinin gözəl nümunəsidir.

Bu gün ümummilli lider Heyər Əliyevin doğum günüdür. Həyatının çox hissəsini Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev hər zaman vətəninə, xalqına və mənəvi dəyərlərə sadiqliyin nümunəsi olub. Allah rəhmət eləsin!

9 may - Faşizm üzərində Qələbə Günüdür

Bu gün Şuşanın işğalından 27 il keçir. Milli mədəniyyətimizin, memarlığımız və təbii sərvətlərin beşiyi olan Şuşa Azərbaycanın ən sevilən şəhərlərindəndir.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var.

Yüksək təşkilatçılıq və idman adrelani üçün @bakumarathon -a təşəkkür edirik!
Daha ətraflı - veb-səhifəmizdə. #bakumarathon2019 #bakumarathon #bakuwhitecity

3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə KİV nümayəndələrini təbrik edirik! Sizdən aldığımız daimi dəstək üçün təşəkkür edirik!

Gözəl yaz həftəsi... Evdə oturmayın! Uşaqlarınızla Fəvvarələr Meydanı parkında enerjili gün keçirə bilərsiniz☀️

Bakı Şəhər İcra Hakimiyyətinin 10 yanvar 2018-ci il tarixli 8 saylı sərəncamı çərçivəsində ötən il Bakı Ağ Şəhər layihəsinin qərb hissəsində yerləşən Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti və Xəqani Rüstəmov küçəsini əhatə edən 28 hektar sahəsi olan ərazinin Ağ Şəhərin Baş Planına uyğun olaraq layihələndirilməsi qərarı verilib.
Layihələndirmə çərçivəsində xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu müəyyən edilib, Ağ Şəhər Baş Planına əsasən şəhərsalma layihələndirilməsi başa çatıb.

“Ağ Şəhər layihəsi Yol İnfrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel prospekti, Babək prospekti, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospektini və gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək bu növ ilk prospekt olacaq. Daha ətraflı - vebsaytımızda. 📸: Bakı Media Mərkəzi

Most Popular Instagram Hashtags