axsamaz axsamaz

4,303 posts   208,146 followers   209 followings

Axsam.Az  Əlaqə: (050) 3481511, Reklam: (050) 6022822

"Facebook Messenger" istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər.

Axşam.az Technote-a istinadən xəbər verir ki, "Messenger"də birgə video izləmək funksiyası artıq test mərhələsindədir.

Bu yeni funksiya ilin sonunadək çıxacaq Messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, Messenger-də olan qrup çat üzvləri istənilən an videonu dayandıra, bu və ya digər videoya çat üzvlərindən kimlərin baxdığını izləyə və videonu dayandırmadan qrup çatında video barəsində təəssüratlarını bölüşə biləcəklər.

Belə hallarda offline olan çat üzvləri isə hansısa istifadəçinin qrup daxilində videoya baxdığı bildirişini əldə edəcəklər. Online olacaq istifadəçilər isə videoya baxmaqdan imtina etmək hüququna sahib olacaqlar.

“Rəhim Rəhimli ilə ulduzlarımız barışmır” - Günel

"Həyatda ancaq gözəllik görməyə çalışın". Axşam.az-ın məlumatına görə, bu sözləri xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. Aparıcı hər kəsi pozitiv olmağa səsləyib: "Bax, onda həyatınız da gözəl olacaq. Siz gülün ki, Allah da sizə daim gülüş nəsib etsin. Ağlamaq heç nəyin çarəsi deyil, gülüş isə hər şeyin çarəsidir. Allah gülüşü üzünüzdən əskik etməsin". Qeyd edək ki, Zülfiyyə aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.

Azərbaycan millisinin şahmatçısı, qrossmeyster Rauf Məmmədovun toyu olub.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, ukraynalı həmkarı Natalya Buksa ilə ailə qurub. Toydan fotonu Şəhriyar Məmmədyarov paylaşıb.

Xalq artisti Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, müğənni "Kim yatmış, kim oyaq" verilişində bildirib ki, müğənni çox olsa da, aktyorluğu bacaran azdır: "Dinləyici kimi xoşuma gələn kişi müğənniləri çoxdur: Miri Yusif, Zamiq Hüseynov, Ramal İsrafilov, Rəhim Rəhimli. Samir Cavadzadə işləmir, amma potensialı olan müğənnidir. Rəqabət onlar arasında gedir. Arada Xəyyam Nisanov gözəl mahnılar təqdim edir. Amma onlar arasında az cəsarət görürəm. İfaçılar çoxdur, artist azdır. Təkcə mahnı oxumaq üçün gəlməmişik səhnəyə, bu radiodur. Radioda belə ifaçı oxuyanda münasibəti bilinməlidir".

Sabahınız xeyir...

ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.

Axşam.az-ın məlumatına görə, maraqlı açıqlamalar ilə diqqət çəkən Afaq vəfat edən övladından söz açıb: “İstəməzdim tək övlad sahibi olan xanımlar olsun. Ən dəhşətlisi odur ki, “ana” sözünə “ana” deyilən bir qadın sonradan həsrət qalır. Kimsə kənardan onu görməyə bilər, amma o, hər zaman mənimlədir. Bəli, insanlar deyir ki, sən niyə üsyan etmədin. Etdim. Deyim ki, özümü öldürəcəm? Öldürməyəcəm axı. Kimi aldadıram ki? Gedim öldürüm deyim ki, mən də öldüm yoxam? Amma mənim qarşımda anam var. Ondan öncə atam da dünyasını dəyişmişdi. Anam mənə çox bağlıdır. Ona görə mən onu yaşatmalıyam”.(Videoya geniş IGTV-dən baxa bilərsiz)

Yeni mahnı: “”Evə gəl” @elvinabdullayev_eats

Hərdən belə də olur😂😂 @ruslan_agayev

Xalq artisti Flora Kərimova "Zaurla Günaydın" verilişinə qonaq olub.
Axşam.az-ın məlumatına görə, müğənni köməkçisi Yaqut xanımdan danışıb. O, Yaqutun ona qoyduğu qadağaları açıqlayıb: "Mənə nə pul, nə də çörək verir. Şəhər, bağ evinin büdcəsini o, idarə edir. Axşam 6-dan sonra deyir çörək yemə". F.Kərimova daha sonra sosial şəbəkədə paylaşılan və səs-küy yaradan vannadakı fotosundan söz açıb: "Həqiqətən də süd vannası idi. Haram görsənirdi? Orada paltarda idim. Altdan paltar geyinmişdim".

Müğənni Rəqsanə İsmayılova xəstəxanaya yerləşdirdiyi qızının səhhətinin yaxşı olduğunu deyib.
Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, artıq əkizlərinin vəziyyəti düzəlir: "Şükür artıq hər şey yaxşıdır. Cücələrimiz özlərinə gəlirlər. İnşallah, daha da yaxşı olacaqlar. Allah xəstə olan körpə balalarımıza şəfa versin, onlara heç nə olmasın. Onların xəstə olduğunu görmək çox çətindir". Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed, qızına Mehrimah adını qoyub. Bir neçə gün əvvəl o, evə apardığı qızının gecə saat 3-də halı pisləşdiyini və yenidən xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Oğlu isə hələ də xəstəxanada saxlanılır.
Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Axşam.az-ın məlumatına görə, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb.

17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Most Popular Instagram Hashtags