atasiz.heyat atasiz.heyat

1273 posts   17815 followers   3 followings

Follow dəvət üçündür.  Səhifədə kədər var🍷🔞

Ehtiyacı olan ailələrə yardöm üçün Moskvadan yüklənən məbləğ.Təşəklürlərimi bildirirəm.Hərəyə bir manatla heçnə olmaz amma ac qalanlara kömək ola bilərik...

İzləyicimizdən gələn video...

Adına HƏYAT dediyin bir savaşın ortasında komandirsiz qalmaq kimidir atasız qalmaq. Ya da başqa cür desək, atasız buraxılmaq. Bir bilənin söylədiyi kimi, neçə yaşınızda olursunuz olun atasız qaldığınız gün böyüyürsünüz..Kim bilir neçə övlad böyüdü Günəşli yatağındakı yanğınında?
Məktəbə getdiyi gün müəllimi “ atanın peşəsi nədir, harada işləyir?”-deyə soruşar. O qədər bəsit bir cavabı var ki.. Amma qorxu, tərəddüd, ağır bir acı titrədər o kiçik qəlbini.. “Atam öldü mənim”, demək zülümdür. Titrəyən səslə cavab verər , lənət oxuyar arxasız qaldığı günə.
Ağırdır bir övlad üçün atasız qalmaq..
Dərslərində kömək edəcək bir atanın olmamağı,
İşdən qayıtmasını gözlədiyi atanın yoxluğu,
Bazar günləri onu gəzməyə götürən bir ataya həsrət qalmağı,
“Mən sənin yaşında olanda” deyə başlayan cümlələr qurub, uzun uzadı nəsihət verən atanın əksikliyi…
Və onunla paylaşacağı daha neçə gözəl səbəblərdən mərhum qalmaq , həyatı boyunca heç sağalmayacaq yarası olacaq..
İlk məktəbə gedərkən “ mənim atam sənin atanı döyər” -deyən məktəbli dostu qarşısında susmaq, susdurulmaq vardır atasızlığın fitrətində..
Bir də heç istəmədiyi lənət olası bir rütbə qazanacaq, “YETİM!”
“Nədən” sualı vardır atatsız buraxılmağın fitrətində. Həyata, yaşadığın ölkəyə və onu idarə edənlərə sorulacaq ən ağır sualdır “Nədən?”. NƏDƏN? Atam yoxdur nədən?

@cenab.sadiqli

follow this page in feedly

Most Popular Instagram Hashtags